Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millət vəkili “Tərtər işi”ndən danışdı

Millət vəkili “Tərtər işi”ndən danışdı

Tarix: 2 Aprel 2021 14:20

"Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir sıra insanların qanunsuz olaraq istintaqa cəlb edilməsi bu gün sosial şəbəkələrdə müzakirə olunur. Dövləti sevməyən insanlar bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Tərtər hadisələrinə  münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu hadisələrə dövlət orqanları nəzər yetirməlidir: "Ayrı-ayrı vəzifəli şəxslərin törətdiyi cinayətlər dövlətin adına yazılmamalıdır. Ona görə də bu məsələlərə aidiyyatı qurumlar tərəfindən cavab verilməlidir. Dövlətə bu cür ittihamlar səsləndirilməməlidir. Ordu müqəddəs yerdir. Bu müqəddəsliyi qoruyub saxlamalıyıq. Əks halda bu gələcəkdə hər hansı hadisələrin qarşısının alınmasında ruh düşkünlüyünə səbəb ola bilər".


Etiketlər:  Millət vəkili Tərtər işindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ