Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 21:20
Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı liderləri ölkənin sosial sferasında yaranmış maliyyə problemlərini özünəməxsus qaydada həll etmək istəyirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təşəbbüsün müəllifləri pensiyaya yaşını 67 yaşadək artırmağı təklif edirlər. Almaniyanın "Bild" qəzetində dərc olunan məqalə cəmiyyətdə, xüsusən də tezliklə pensiyaya yollanmağa hazırlaşanlar arasında ciddi narazılığa səbəb olub. Əgər təklif Bundestaqda təsdiqlənərsə onlar daha çox işləməli olacaqlar.
Təklifin təşəbbüskarları isə hesab edirlər ki, pensiya yaşının indiki formada qalması belə davam edə bilməz. Təşəbbüsdə pensiya yaşının tənzimlənməsi təklif edilir. Belə ki, 63 yaşında təqaüdə çıxmağı onlar səhv hesab edirlər.