Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 22:18
ABŞ-ın Missouri əyalətində 1.6 milyard dollar dəyərində istirahət məkanı olacağı gözlənilən yer tükürpərdici bir qəsəbəyə dönüb.
Bir tik-tokerin çəkdiyi video ilə yenidən gündəmə gələn qəsəbəni yaxından görmək istəyənlərin sayı getdikcə artır.
Maraqlı görünüşlü qəsəbəni lentə alan Lavyer Kari "Heç tərk edilmiş malikanələrlə dolu bir şəhər görmüsünüzmü?",- deyə videonu öz şəxsi hesabında paylaşıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, 2 milyondan çox bəyənmə və minlərlə şərh alan videoya təəccüb dolu şərhlər də yazılıb. Bir izləyici "Mən ora getmək istəyirəm, amma ruhlar şəhəri kimi görünür", digəri isə ,-"Mən ora getdim və bu, indiyə qədər hiss etdiyim ən pis hisslərdən biridir",- deyə yazıb.
Indian Ridge Resort adlı məkan 1.6 milyard dollarlıq bir tətil yeri olmalı idi. Otellər, konfrans mərkəzləri və ticarət mərkəzləri. Lakin layihənin sahibləri maliyyə böhranı yaşayıblar. 2008-ci ildə layihə rəhbərləri aldıqları kreditləri ödəyə bilmədikləri üçün həbs ediliblər. O gündən bu yana həmin bölgədəki tikililər tərk edilmiş halda qorxunc bir məkana çevrilib.
Layihəyə görə burada 390 otaqlı bir otel, bir muzey və dünyanın ikinci ən böyük qapalı su parkı olacaqdı.