Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alabadan klub rekordu

Alabadan klub rekordu

Tarix: 4 Aprel 2021 11:36

"Bavariya"nın futbolçusu David Alaba klub rekorduna imza atıb.

Milli.Az qol.az-a istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçi buna ötən gün Bundesliqanın 27-ci turunda "Leyptsiq"lə matçda (1:0) iştirak etməklə nail olub. O,  komandanın heyətində yerli çempionatda 274-cü oyununa çıxıb. Beləliklə, avstriyalı futbolçu Frank Riberini geridə qoyaraq  (273), klubun Bundesliqada əcnəbilər arasında ən çox matç keçirən oyunçusu olub.

Qeyd edək ki, Alaba mövsümün sonunda azad agent kimi "Bavariya"dan ayrılacaq.

Milli.Az


Etiketlər:  Alabadan klub rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ