Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 18:08
"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la keçirəcəkləri oyunlardan danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis İngiltərə klubu ilə dueli komandası üçün erkən final adlandırıb:
"Bu bizim üçün bir final kimidir. Qarşıda cavab oyunu daxil olmaqla ən azı 180 dəqiqə var. Amma əvvəlcə sabahkı matçı düşünürük. Başqa şey düşünmürük. Klopp təcrübəli məşqçidir. Onun işləri göz önündədir. "Liverpul" böyük oyunçulara sahibdir. Bizim itkilərimiz - zədəli futbolçularımız da var. Amma "Real" həmişə güclüdür".
Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.