Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada 600-ə yaxın jurnalist COVID-19-dan ölüb

Dünyada 600-ə yaxın jurnalist COVID-19-dan ölüb

Tarix: 5 Aprel 2021 19:30

İndiyədək dünyada 600-dən artıq jurnalist COVID-19 pandemiyasının qurbanına çevrilib.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının dünya ölkələrinin hökumətlərinə ünvanladığı müraciətdə qeyd olunub.

Bildirilib ki, bu günədək dünyada çoxlu sayda media təmsilçisi virusa yoluxaraq sağalıb, bir çoxunun müəlicəsi davam edir.

"Pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən "COVID-19"un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər", - müraciətdə vurğulanıb.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin "COVID-19" əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.


Etiketlər:  Dünyada yaxın jurnalist COVID ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ