Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 21:36
Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov qəzaya düşüb.
Sonxeber.net pravda.az-a istinadən xəbər verir ki, qəza nəticəsində A.Abdulkərimov və ailə üzvləri yüngül xəsarət alıblar.
"Qazaxdan Bakıya 450 km yol qət edəsən, evə çatmağa 2 km qalmış "Kamaz"ın qəzəbinə tuş gələsən. Allahın rəhmi, sürücünün peşəkarlığı sayəsində güclə xilas olduq. Zalım oğlu üstümüzdən keçəcəkdi. Avtomobilimizə ciddi ziyan dəysə də, mən və ailə üzvlərim yüngül xəsarətlə qurtula bildik. Sualım isə yol polisinə və aidiyyatı qurumlaradır. Bu "Kamaz"ın günün-günorta çağı şəhərin mərkəzində nə ölümü var" - A.Kərimov bildirib.