Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyçayın icra başçısı koronavirusa qarşı peyvənd olundu - FOTO

Göyçayın icra başçısı koronavirusa qarşı peyvənd olundu - FOTO

Tarix: 6 Aprel 2021 07:02

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Göyçay Rayon İcra Hakimiyyətindən Sonxeber.net-a verilən məlumata görə, kompaniya çərçivəsində icra başçısı Mehdi Səlimzadə, başçının müavinləri, və aparatın 40-dan çox yaşı olan əməkdaşları Mərkəzi rayon Xəstəxanasına gedərək tibb işçilərinin nəzarəti altında COVID-19 əleyhinə peyvənd olunublar.


Etiketlər:  Göyçayın icra başçısı koronavirusa qarşı peyvənd olundu FOTO


RƏYLƏR