Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 10:48
“Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Erik Bayi sıradan çıxıb.
Beynəlxalq Çempionlar kubokunda “Tottenhem”lə matçda (2:1) zədələnən müdafiəçinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”də çıxış edən Bayinin müqaviləsi 2020-ci ilin yayına qədərdir.