Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın şərqində atəşkəs pozuldu - Həlak olanlar var

Ukraynanın şərqində atəşkəs pozuldu - Həlak olanlar var

Tarix: 6 Aprel 2021 11:54

Ukraynanın şərqində atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun iki əsgəri həlak olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, tank əleyhinə əl qumbaraatanları, avtomat və pulemyotlardan istifadən edən separatçılar atəşkəsi 7 dəfə pozub.

Ukrayna ordusunun "Şərq" əməliyyat və taktiki qrupunun nəzarət zonasına daxil olan Avdiivka (Donetskdən 17 km şimalda), Lebedinske (Mariopoldan 16 km şərqdə) yaxınlığında Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub. Həmçinin "Şimal" əməliyyat və taktik qrupunun nəzarət zonasında olan Zolote-4 (Luqanskdan 59 km qərbdə) və Novooleksandrivka ərazisində (Luqanskdan 65 km qərbdə) də Ukrayna mövqeləri separatçılar tərəfindən atəşə tutulub.

Nəticədə Ukrayna ordusunun iki əsgəri həlak olub.

Milli.Az


Etiketlər:  Ukraynanın şərqində atəşkəs pozuldu Həlak olanlar var


RƏYLƏR