Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 14:20
Ukraynanın üçtərəfli kontakt qrupundakı nümayəndə heyəti koronovirusla bağlı məhdudiyyətlər götürüləndən sonra danışıqların Minskdə keçiriləcəyi təqdirdə görüşlərdə iştirak etməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Aleksey Reznikov deyib. Onun sözlərinə görə, bu qərar Belarusun Ukraynaya münasibətdə düşmən ritorikası ucbatından qəbul edilib.
O, tərəflərin görüş üçün digər ölkə və digər şəhər axtarmalı olacağını bildirib.
Baş nazirin müavini Belarusun Rusiyanın təsirində olduğunu və Kiyevin bu ölkəyə güvənmədiyini söyləyib.