Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan bir çox Avropa ölkələrinə örnək ola bilər'' - Hacı Şahin

''Azərbaycan bir çox Avropa ölkələrinə örnək ola bilər'' - Hacı Şahin

Tarix: 7 Aprel 2021 12:04

"Ermənistan monoetnik dövlətdir".

Bunu Sonxeber.net-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

İlahiyyatçı bildirib ki, Azərbaycanda ən müxtəlif din, məzhəb təmsilçiləri tarix boyu dinc, yanaşı qardaşlıq şəraitində yaşayıblar:

"Ermənistan tarix boyu etnik təmizləmə, dini dözümsüzlük siyasəti aparıb. Bu son müharibədə də (44 günlük müharibə) hətta keşişləri əllərinə silah alıb insanları təcavüzkarlığa dəvət edirdilər. Əlbəttə bu, xristian dininin mahiyyətinə daban-dabana ziddir. Azərbaycanda yaşayan xristian din xadimləri bunu qeyd edirlər ki, bu, xristian dininin də prinsiplərinin kobud şəkildə pozulmasıdır. 

Ermənistanda təkcə bir millət yaşayır və azərbaycanlılara qarşı tarix boyu amansız siyasət aparılıb. Bunun əksi olaraq Azərbaycanda ən müxtəlif din, məzhəb təmsilçiləri tarix boyu dinc, yanaşı yaşayıblar. Azərbaycanda dini dözümlülük dünyaya nümunə olacaq səviyyədədir. Yəni mən özüm beynəlxalq tədbirlərdə iştirak etmişəm. Azərbaycana gələn qonaqlar bunu təsdiq ediblər ki, Azərbaycanda heç bir dini dözümsüzlük yoxdur, Azərbaycanda din zəminində heç bir münaqişə olmayıb. Azərbaycan öz ərazisində yerləşən bütün tarixi, dini abidələri dövlət səviyyəsində qoruyur.

Azərbaycanda məscidlərlə yanaşı sinoqoqlar, kilsələr dövlət hesabına təmir edilir, inşa edilir. Bizdə müxtəlif mərasimlərdə ən müxtəlif dinlərə aid olan din xadimləri birgə iştirak edirlər. Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunur. Orada hətta erməni dilində kitabxana da var. Yəni bizə kiminsə, hansısa beynəlxalq qurumun, başqa bir dövlətin göstəriş verməsinə ehtiyac yoxdur. Biz işğaldan azad etdiyimiz ərazilərdə də məscidlərlə yanaşı kilsələri də təmir edəcəyik və onları qoruyacağıq. Bu bizim dövlət siyasətimizdir, bu bizim xalqımızın mənəvi dəyəridir. 

Ermənilər əksinə işğal etdikləri ərazilərimizdə məscidləri tövlələrə çeviriblər, məscidləri, tarixi abidələri məhv ediblər və bütün dünyanın gözü önündə vandalizm hərəkətləri törədiblər. Bu barədə əlimizdə təkzibedilməz faktlar var. Ona görə də müqayisə etdikdə mənzərə göz önündədir.

Azərbaycan multikultral, tolerant bir dövlətdir. Azərbaycanda müxtəlif din, məzhəb təmsilçiləri nəinki bir-birinə dözümlü yanaşır, onların arasında qardaşlıq münasibətləri var. Amma Ermənistanda bunun tam əksini görürük. 

Müqayisələr, faktlar göstərir ki, Azərbaycan dini tolerantlıq nəzərindən bəlkə də dünyada birincidir, bənzərsizdir. Hətta Avropadan gələn yəhudi, xristian dininə aid olan qonaqlar da buradakı vəziyyəti gördükdə deyirdilər ki, Azərbaycan bir çox Avropa ölkələrinə örnək ola bilər. Söhbət dini dözümlülükdən getmir, insan sevmədiyi bir şeyə məhkum olur. Azərbaycanda məzhəblər, dinlər arası münasibətdə bir anlaşma mühiti var, dözümlülük mühitindən daha yüksək nümunələr var. Ona görə də Azərbaycan bu baxımdan dünyaya örnək olacaq səviyyədədir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan çox Avropa ölkələrinə örnək bilər Hacı Şahin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ