Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan koronavirusla mübarizədə nümunə göstərir - VİDEO

Azərbaycan koronavirusla mübarizədə nümunə göstərir - VİDEO

Tarix: 8 Aprel 2021 10:36

Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu millət vəkili Müsfiq Məmmədli deyib.

O bildirib ki, Azərbaycan pandemiya başlayandan bəri beynəlxalq tribunalardan qlobal böhrana qarşı dünya birliyini bütün səyləri birləşdirməyə çağırıb. Ölkəmiz pandemiya ilə kəskin mübarizədə paralel olaraq  səhiyyə sistemində də  inqilabi dəyişikliklərə imza atıb.

Millət vəkili Müşfiq Məmmədli vaksinasiya prosesindən də danışıb.  Bildirib ki, ölkəmiz həmişə  dünya ölkələri arasında peyvəndin ədalətli və bərabər paylanmasının  tərəfdarı olub.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanda koronavirusa qarşı görülən təxirəsalınmaz tədbirlər həmişə öz effektivliyini verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycan koronavirusla mübarizədə nümunə göstərir VİDEO


RƏYLƏR