Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted''lə ''Roma'' qalib gəldi, ''Arsenal'' qələbəni əldən verdi

''Mançester Yunayted''lə ''Roma'' qalib gəldi, ''Arsenal'' qələbəni əldən verdi

Tarix: 9 Aprel 2021 07:20

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub və eyni saatda başlayıb.

"Roma" səfərdə "Ayaks"ın, "Mançester Yunayted" isə "Qranada"nın qonağı olub. "Vilyarreal" da Zaqreb "Dinamo"su ilə ilk oyunu səfərdə keçirib. Bu oyunların hamısı qonaqların qələbəsiylə yekunlaşıb.

London "Arsenal"ı isə Praqa "Slaviya"sı ilə doğma meydanda qarşılaşıb. "Topçular" bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk etmək məcburiyyətində qalıblar.

Avropa Liqası
1/4 finalın ilk oyunları
8 aprel

Ayaks (Niderland) - Roma (İtaliya) 1:2
Qol: Klaassen, 39 - Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) - Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Pepe, 86 - Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) - Vilyarreal (İspaniya) 0:1
Qol: Moreno, 44-pen.

Qranada (İspaniya) - Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Reşford, 31. B.Fernandes, 89-pen.


Etiketlər:  Mançester Yunaytedlə Roma qalib gəldi Arsenal qələbəni əldən verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ