Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 10:09
Bakı. Trend:
Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib.
Trend-in məlumatına görə, kafədə şaurma yedikdən sonra 22 nəfər həkimə müraciət edib. Regional səhiyyə idarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Həkimə müraciət edənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Onlar hazırda stasionar şəkildə müalicə olunurlar.
Hadisədən sonra kafedə qidalardan laborator analizlər üçün nümunələr götürülüb. Fakt araşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin