Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 17:56
Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusa qarşı peyvəndlənmiş vətəndaşların tezliklə hüquq və azadlıqlarını bərpa edə biləcəklərini açıqlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nazir peyvənd olunan vətəndaşlara "COVID-19" testlərindən keçmək, özünü təcrid etmək və karantində qalmaq tələblərinin tətbiq edilməyəcəyini bildirib.
"Tam peyvənd vurduranlara mənfi test nəticəsi olanlar kimi yanaşılacaq" ,- deyə o qeyd edib.
Qərar "Robert Koch" İnstitutunun yeni elmi dəlillərinə əsaslanır. İnstitutun son hesabatına görə, 15 gün öncə peyvəndlənməni tamamlamış şəxslərdə yoluxdurma riski mənfi test nəticəsi göstərmiş şəxslərdən daha azdır. Hesabat 3 aprel tarixində Almaniyanın federal əyalətlərinə göndərilib.
Qərarın pandemiyanın üçüncü dalğası səngidikdə və məhdudiyyətlər götürüldükdə qüvvəyə minəcəyi gözlənilir.