Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirça Rednik istefaya göndərildi

Mirça Rednik istefaya göndərildi

Tarix: 9 Aprel 2021 18:08

Rumıniyanın "Vitorul" klubu baş məşqçisi Mirça Redniki istefaya göndərib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın nəticələri qənaətbəxş olmadığına görə rumıniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Ötən ilin dekabrında Konstanta təmsilçisinə baş məşqçi təyin edilən Redniklə 2.5 illik müqavilə imzalanmışdı.

George Hacinin sahibi olduğu komanda ardıcıl ikinci mövsümdür çempionluq uğrunda yarışan ilk "6-lıq"dan kənarda qalıb.

Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırmış Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.


Etiketlər:  Mirça Rednik istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ