Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səndə başqası var, dovşanım, mən ehtiyatdayam” - FOTO

“Səndə başqası var, dovşanım, mən ehtiyatdayam” - FOTO

Tarix: 10 Aprel 2021 08:04

Kiyev "Dinamo"sunun futbolçusu Vitali Buyalskinin həyat yoldaşı Alina xəyanət barədə açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Alina Buyalskaya instaqram izləyiciləri ilə söhbətdə açıqlayıb.

O, xəyanət barədə sualları da cavablandırmaqdan çəkinməyib. Alina yoldaşının xəyanəti barədə suala "Badminton" qrupunun mahnısını oxumaqla cavab verib: "Qəzəbliyəm, çünki bilirəm. Səndə başqası var, dovşanım, mən isə ehtiyatdayam".

Lakin ukraynalı gözəl bunun sualla bağlılığına aydınlıq da gətirib: "Mahnı yalnız mövzuya görədir. Vitalikin belə mənasız şeylərə vaxtı yoxdur".

Buyalskaya özünün xəyanət edib-etməməsi barədə suala da soyuqqanlılıqla cavab verib: "Bu nə suallardır? Əlbəttə, yox. Məni yoldaşımda hər şey qane edir".
 


Etiketlər:  Səndə başqası dovşanım mən ehtiyatdayam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ