Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 09:48
Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb.
Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.
Xatırladaq ki, həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.