Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ersin bu sözlərinə görə həbs oluna bilər

Ersin bu sözlərinə görə həbs oluna bilər

Tarix: 10 Aprel 2021 11:15

Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb isə onun "TikTok"da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Tvitterdə "Ersin Korkut həbs olunsun" həştağı ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin Tvitter hesabında yeni paylaşım edərək "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.


Etiketlər:  Ersin sözlərinə görə həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ