Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2021 15:22
"Barselona" nın futbolçusu Frenki de Yong bu gün La Liqanın 30-cu turunda " Real"l oyun öncəsi İspaniyadakı çempionluq mübarizəsindən danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi deyib:
"La Liqada çempion olmaq bizim əlimizdədir. Bütün qarşılaşmalarda qalib gəlsək, çempion olacağıq. Hər şey yalnız özümüzdən asılıdır. "El-Klassiko"nu qazanmaq çox vacibdir. Belə bir nəticə bizi hədəfə yaxınlaşdırar. Amma bu matçın həlledici olacağını düşünmürəm. "El-Klassiko"da qazanmaq və ya məğlub olmaq La Liqada çempion olmağımız və ya şansları itirdiyimiz anlamına gəlmir. "Real"la matçlarda həmişə çox təzyiq olur. Bugünkü "El-Klassiko" əvvəlkilərdən fərqli olmayacaq. Qazanmaq istəyirik".
Niderlandlı oyunçu komanda yoldaşı, kapitan Lionel Messi haqqında da dnaışıb:
"Mənim üçün Messi bütün zamanların ən yaxşı oyunçusudur. İndiyə kimi gördüyüm ən yaxşı futbolçudur şey daha asan olur. Messi hər matçda ən yaxşı olduğunu sübut etməyə davam edir. Mənim qəhrəmanımdır? Bilmirəm, düşünürəm ki, onu belə adlandırmağa dəyər. Çünki onsuz da o, mənim 12 yaşım olanda da ən yaxşı idi".
Qeyd edək ki, bugünkü "El-Klassiko" Bakı vaxtı ilə 23:00-da başlayacaq.