Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zabrat Hava Limanı ərazisində təlim keçirilib - FOTO

Zabrat Hava Limanı ərazisində təlim keçirilib - FOTO

Tarix: 10 Aprel 2021 15:50

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib. Təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Nazirlikdən verilən məlumata görə, təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti it cəlb olunub.

Təlim zamanı Kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Milli.Az


Etiketlər:  Zabrat Hava Limanı ərazisində təlim keçirilib FOTO


RƏYLƏR