Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş ağrısının nəyin göstəricisi ola bilər?

Baş ağrısının nəyin göstəricisi ola bilər?

Tarix: 10 Aprel 2021 21:45

Baş ağrısı bir sıra xəstəliklərə işarə edə bilər. Həkimlərin fikrincə, baş ağrıları beyindəki qan damarları, şiş, zədələnmə, kəllədaxili təzyiqin artması və ya azalması ilə əlaqəli siqnal ola bilər. Burada xüsusən meningit kimi müxtəlif infeksiyalar da istisna edilmir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, həkimlər ağrıkəsicilər də daxil olmaqla, mütəmadi dərman qəbulunun baş ağrısının səbəbi ola biləcəyi barədə xəbərdar edir.

Terapevt İrina Yartseva və ümumi praktika həkimi Larisa Alekseyeva davamlı baş ağrılarının səbəblərindən danışıb. Yartsevanın sözlərinə görə, bu vəziyyət yüksək qan təzyiqi ilə yanaşı qlaukomanın inkişafından da yarana bilər. Alekseyeva, öz növbəsində, hazırda baş ağrısının ən çox görülən səbəblərinin hava şəraiti və qəfl temperatur dəyişikliyini qeyd edib.


Etiketlər:  Baş ağrısının nəyin göstəricisi bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ