Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə saatlarında ağır qəza: 3 nəfər xəstəxanaya yerləşdirilib

Gecə saatlarında ağır qəza: 3 nəfər xəstəxanaya yerləşdirilib

Tarix: 11 Aprel 2021 09:14

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Əhmədova Felya Mustafa qızı, 1993-cü il təvəllüdlü Əhmədov Arzuman Nəsib oğlu və 1992-ci il təvəllüdlü Novruzov Orxan Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gecə saatlarında ağır qəza nəfər xəstəxanaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ