Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2019 13:20
“Liverpul”un baş məşqçisi Yurgen Klopp avqustun 4-ü “Mançester Siti” ilə keçiriləcək İngiltərə superkuboku oyunu öncəsi fikirlərini açıqlayıb.
Qol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçirdiyi mətbuat konfrasında o, yeni mövsüm öncəsi komandada zədəlilərin sayının artmasından narahatlığını ifadə edib. Bununla belə alman mütəxəssis ötən mövsüm çempionluğu qazanmalarına mane olan “Mançester Siti” ilə matçdan əvvəl inamlı danışıb.
Klopp qeyd edib ki, altı oyunçunun zədəli olması qəribədir: “Mövsüm öncəsi oyunçuların bəzilərinin heyətdə yer almamasına öyrəşmişik. Bununla belə bəzi futbolçularımızın (Salah, Beker, Firmino, Mane – red.) hazırlıq prosesinə gec qoşulması məni məyus edir. Buna baxmayaraq, futbolçularımızı oyuna yaxşı vəziyyətdə hazırlamışıq. İşin müsbət tərəfi isə odur ki, əgər rəqibimiz bizi analiz etmək istəyirsə və bunun asan olacağını düşünürsə, 4 avqustdakı oyunda fərqli bir heyvan olacağıq”.