Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2021 18:06
Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.