Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobilə silahla atəş açılıb - FOTO

Bakıda avtomobilə silahla atəş açılıb - FOTO

Tarix: 12 Aprel 2021 07:38

Bakının Yasamal rayonunda silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Milli.Az


Etiketlər:  Bakıda avtomobilə silahla atəş açılıb FOTO


RƏYLƏR