Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünən Mərdəkanda da atışma olub, yaralanan var

Dünən Mərdəkanda da atışma olub, yaralanan var

Tarix: 12 Aprel 2021 11:56

Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

Sonxeber.net bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə aprelin 11-i gecə saat 02 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında 9 nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib. 

N.Səfərov Ə.Məmmədovu söyüşlə təhqir edərək evindən çıxıb küçəyə gəlməyə səsləyib. Bu zaman Ə.Məmmədov tüfənglə havaya 3 dəfə atəş açıb və qırmalardan bir neçəsi N.Səfərova dəyib.

Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri - 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yaşlı İzzət Məmmədli saxlanılıb.

X.Səfərov N.Səfərovun qardaşıdır.

Əli Məmmədovdan "Churchill" markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən axşam Yasamalda da binaya atəş açılıb.


Etiketlər:  Dünən Mərdəkanda atışma olub yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ