Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 14:30
Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmasından danışıb.
Sonxeber.net aşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında ifaçıları barışdırmaq üçün 8 min hesab ödədiyini deyib:
"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi bizə gəlib oturanda deyirəm belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız? Barışığı sevirəm, amma qadınları barışdırmağa getmirəm".