Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 15:26
İranın Nətənzdəki nüvə təsisindəki hadisənin arxasında duran şəxsin kimliyi müəyyənləşdirilib və onun həbs olunması üçün tədbirlər görülür.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
"Enerji təchizatı sisteminin işini pozan şəxsin kimliyi müəyyən olunub",- deyə açıqlamada qeyd olunub.
Nazirlik AES-də elektrik paylama sistemindəki nasazlıqdan məsul olan şəxsin həbs olunması üçün lazımi tədbirlər görüldüyünü bildirib.
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı aprelin 11-də "Nətənz" uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza baş verdiyini açıqlamışdı.