Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Robben 6 aydan sonra meydana qayıtdı

Robben 6 aydan sonra meydana qayıtdı

Tarix: 12 Aprel 2021 18:06

Niderlandın "Qroningen" klubunun futbolçusu Aryen Robben uzun fasilədən sonra meydana çıxıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ulduz oyunçu Erediviziyanın 29-cu turunda "Herenven"lə görüşdə iştirak edib.

Niderlandlı yarımmüdafiəçi altı aydan sonra yaşıl meydanlara qayıdıb. 37 yaşlı futbolçu matçın 78-ci dəqiqəsində meydan daxil olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Roben sonuncu dəfə ötən il oktyabrın 18-də "Utrex"lə görüşdə meydana çıxmışdı.


Etiketlər:  Robben aydan sonra meydana qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ