Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına icazə verilib

Çində COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına icazə verilib

Tarix: 12 Aprel 2021 20:58

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası "Sinopharm" şirkəti ilə Milli Peyvənd və Zərdab İnstitutunun birgə hazırladığı COVID-19 infeksiyasına qarşı peyvəndin kliniki sınaqlarına icazə verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Sinopharm" şirkəti "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb. Rekombinant vaksin texnologiyasına əsaslanan peyvəndin kliniki sınaqlarının Çin ilə yanaşı bəzi xarici ölkələrdə də aparılması nəzərdə tutulub.

Bildirilir ki, bu tip vaksinlər kütləvi istehsal üçün daha əlverişlidir və istehsal zamanı daha yüksək biotəhlükəsizlik qaydaları tələb olunmur. Çünki istehsal zamanı canlı viruslardan istifadə olunmur.

Qeyd edək ki, bu, "Sinopharm" şirkətinin COVID-19 virusuna qarşı 3-cü peyvəndidir. Bundan əvvəlki 2 vaksin inaktiv (təsirsiz) peyvənd olub. Həmin peyvəndlər hazırda Çində və bir neçə ölkədə vaksinasiya prosesində istifadə olunur.


Etiketlər:  Çində COVID infeksiyasına qarşı daha vaksinin kliniki sınaqlarına icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ