Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Danimarkada terror aktı hazırlamaqda ittiham edilən şəxs Norveçdə saxlanıb

Danimarkada terror aktı hazırlamaqda ittiham edilən şəxs Norveçdə saxlanıb

Tarix: 12 Aprel 2021 21:50

Danimarkada terror aktı hazırlamaqda ittiham edilən şəxs Norveçdə saxlanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, saxlanmış 24 yaşlı kişi terror aktlarının planlaşdırılmasında iştirak etməkdə ittiham olunur.

Norveç ictimai telekanalının (NRK) məlumatına görə, planlaşdırılan terror hücumlarının hədəfi Danimarkanın bir və ya bir neçə şəhəri, həmçinin Britaniya paytaxtı olmalı idı.

Əldə edilmiş məlumata görə, həmin şəxs asayiş keşikçiləri tərəfindən saxlanılandan əvvəl hücumun planlarını kimliyi hələlik məlum olmayan başqa bir adamla "çat" vasitəsilə müzakirə edirmiş.

Saxlanılan şəxs üç terror aktının hazırlanmasında və həyata keçirilməsində iştirak cəhdlərində, həmçinin "İslam dövləti" terror qruplaşması ilə əlaqə saxlamaqda ittiham edilir. Polis həmin şəxsin "İslam dövləti" terror qruplaşması tərəfindən yaradılmış materialların təbliğində və yayılmasında iştirak etməsindən də şübhələnir.

Polisin məlumatına görə, saxlanılan şəxs onun barəsində təqdim edilmiş ittihamlar üzrə təqsirkar hesab ediləcəyi halda o, 21 il həbs cəzasına məhkum edilə bilər.


Etiketlər:  Danimarkada terror aktı hazırlamaqda ittiham edilən şəxs Norveçdə saxlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ