Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 10:56
Ötən dövr ərzində 1321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Çünki minalanmış ərazilər real can itkisi deməkdir. Hətta ölüm hallarının baş verdiyi hadisələrə görə barələrində cinayət işi başlananlar və həbs edilənlər də var.
Hələ də işağaldan azad edilmiş ərazilərə qanunsuz şəkildə keçəməyə çalışanlara rast gəlinir.
Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, ötən dövr ərzində 1321 nəfər qanunsuz olaraq işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslər müəyyən edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Ölüm hallarının baş verdiyi hadisələrə görə isə cinayət işi də başladılıb.
Elşad Hacıyev bildirib ki, azad edilmiş ərazilərə qanunsuz keçənlər əsasən ata-baba yurdlarını və yaxınlarının məzarlarını görmək niyyətində olduqlarını deyiblər. Şöbə rəisi vurğulayıb ki, əvvəlki təmas xəttinin uzunluğu 246 kilometrdir. Minalar pərakəndə şəkildə döşənib və xəritələr də Azərbaycana verilməyib. Bu səbəbdən də həmin ərazilərə qanunsuz keçmək təhlükəli və qadağandır.
Qeyd edək ki, azad edilmiş ərazilərə qanunsuz keçmək İnzibati Xətalar Məcəlləsinin 535-ci, polis işçisinin və hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq maddəsinə uyğun olaraq inzibati xəta tərkibi yaradır. Bu maddənin tələbini pozanlar üçün 200 manat miqdarında cərimə, eləcə də onun şəxsiyyəti nəzərə alınmaqla 1 aya qədər inzibati qaydada həbs nəzərdə tutulub.