Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 13:30
Çinə məxsus 22 hərbi təyyarə Tayvanın hava məkanını pozub.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, Çin təyyarələrinin bölgədən uzaqlaşdırılması üçün Tayvan qırıclarını havaya qaldırıb. Bundan əlavə, müdafiə sistemləri işə salınıb. Nazirlik Çin təyyarələrinin təxribatlar törətməyə davam etdiyini bəyan edib.
Maraqlıdır ki, bu hadisə ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Çinə Tayvanla bağlı xəbərdarlıq etməsindən sonra baş verib. Diplomat bildirib ki, Tayvanla bağlı status-kvonun güc yoluyla dəyişdirilməsinə cəhd edilməsi böyük səhv olacaq.