Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bura 18 il ərzində işlənən hərbi strategiya və taktikanın əyani sübutudur - Politoloq

Bura 18 il ərzində işlənən hərbi strategiya və taktikanın əyani sübutudur - Politoloq

Tarix: 13 Aprel 2021 14:27

"2003-cü ildən bu günə yürütdüyü siyasətin bütün istiqamətlərini Qarabağ zəfərinə kökləyən, o günün yaxınlaşması üçün daxili və xarici siyasətinin konturlarını düşünülmüş, praqmatik, nəticəyönümlü quran Ali Baş Komandan İlham Əliyev hər zaman bildirirdi ki, vaxt gələcək Qarabağ işğaldan azad olunacaq və bu istiqamətdə qalib xalq kimi Zəfərimizi təmsil edən, təcəssüm etdirən addımlar atacayıq".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin 30 illər ərzində qurduğu sədləri yerlə bir etdi, tarixi ədaləti bərpa etdi:

"Hər addımını incə detalına kimi müəyyənləşdirən, uzaqgörən siyasətçi olan ölkə başçımız bildirirdi ki, düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planları da mövcuddur. Bu baxımdan da əminlik və qürurla deyirik ki, tarixə adını qızıl hərflərlə yazdıran Ali Baş Komandan xalqına verdiyi sözə yenə də sadiq qaldı və məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsübü ilə məhdud zaman çərçivəsində görülən işlərin nəticəsi olaraq açıq səma altında nadir park - Hərbi Qənimətlər Parkı salındı. Bu park Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən 18 il ərzində işlənən hərbi strategiya və taktikanın və "Dəmir yumruq" əməliyyatının əyani sübutdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu düşmənin 30 illər ərzində qurduğu sədləri yerlə bir etdi, tarixi ədaləti bərpa etdi. 

Vaxtilə Azərbaycan xalqının heysiyyatı ilə oynayaraq Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər ki, azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salıblar. Ermənilərin illər ərzində bu lövhəni xarici turistlərə nümayiş etdirərək orduları haqqında yaratdıqları mifi Azərbaycan yerlə bir etdi. Azərbaycanlılar, əli silahsız əhali öz şəxsi maşınlarını qoyub çıxmışdılarsa, ermənilər Azərbaycanın Ali Baş Komandanının Vətən sevgisi, qətiyyəti, prinsipiallığı, Azərbaycan əsgər və zabitlərinin döyüş əzmi qarşısında tab gətirə bilməyərək canlı qüvvəni, postları, ağır texnikalarını, raket komplekslərini, hərbi nəqliyyatlarını və digər sursatlarını qoyub qaçır, fərarilik edirdilər. Həmin o sursatların hamısı bu gün bu parkda Azərbaycan xalqına və bütün dünyaya nümayiş olunur. Bu baxımdan da düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə xüsusi əhəmiyyətli və olduqca mənayükümlü bir rəmzdir. Bu düşmənə ən layiqli cavabdır. 

Vətən müharibəsində döyüş sadəcə səngərlə məhdudlaşmırdı, qızğın döyüşlər həm də informasiya cəbhəsində gedirdi. İnformasiya sahəsində də Ali Baş Komandan vəzifəsini üstlənən cənab Prezident xarici dillərdə səlis şəkildə dünyanın diqqətinə bütün həqiqətləri çatdırırdı, beynəlxalq aləmi məhz özü məlumatlandırırdı. Xalqına sevinc xəbərlərini məhz özü verirdi. Hər kəsin gözü ən etibarlı şəxsdə, xalqının hər zaman ümid etdiyi, inandığı, sonuna qədər dəstəklədiyi birinci mənbədə, xalqının lideri İlham Əliyevdə idi. Verdiyi hər Qələbə tviti, xarici media qurumlarına verdiyi hər müsahibəsi, məkirli suallarına verdiyi yerində, dəqiq, savadlı cavabları bütün xalqını qürurlandırır, Qəbələyə daha da inandırır və onu daha da yaxınlaşdırırdı".  

Politolloq bildirib ki, dünyanın qabaqcıl ölkələri Azərbaycanın II Qarabağ müharibəsindəki texnikasını araşdırırlar:

"Biz bu Qələbəni qəhrəman əsgər və zabitlərin canı, şəhidlərimizin qanı hesabına əldə etmişik" deyən Ali Baş Komandan hər bir əsgərinə, zabitinə, döyüşçüsünə sahib çıxaraq, onları qoruyaraq, əməklərini dəyərləndirərək öz təşəbbüsü ilə təsis etdiyi dövlətimizin yüksək hərbi mükafatları olan "Vətən müharibəsi qəhrəmanı" ulduzu, "Zəfər" və "Qarabağ" ordenləri ilə təltif etdi. Bu bir Ali Baş Komandanın ordusuna, əsgərinə və xalqına və onun hər bir nümayədəsinə olan hörməti və sadiqliyidir. Şəhidlərimizə, onların ailəsinə hər zaman ehtiram, dərin hörmət göstərən Ali Baş Komandan həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin, eyni zamanda Xocalı qurbanlarının, digər mülki şəxslərin, günahsız insanların intiqamını düşməndən döyüş meydanında aldı. Azərbaycan ərazi bütövlüyünü əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərinin qanı, canı bahasına təmin etdi. Azərbaycan XXI əsrin müharibəsini apardı və qalib gəldi, Azərbaycan elə bir Qələbə əldə etdi ki, tarix boyu belə Qələbə olmayıb, məhz bunun nəticəsidir ki, dünyanın qabaqcıl ölkələri Azərbaycanın müharibə texnikasını araşdırırlar.

2003-cü ildə hakimiyyətə gələrkən cənab Prezident İlham Əliyev and içərək bildirmişdi ki, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Hər zaman olduğu kimi Azərbaycan xalqının maraqlarını hər yerdə, hər şeydən üstün tutan ölkə başçımız bu sözünə də sadiq qaldı. İllər ərzində münaqişə ilə bağlı siyasi və hüquqi baza yaradıldı, çıxış etdiyi beynəlxalq kürsülərdə, qatıldığı debatlarda, Azərbaycan xalqının maraqlarını maksimum müdafiə etdi, düşmənə zərrə qədər də aman vermədi ki, maraqlarımızı, haqlarımızı tapdalasın, beynəlxalq təşkilatlarla əməli işlər görüldü. İqtisadi müstəqillik, enerji müstəqilliyi əldə olundu, tarixi layihələr reallaşdırıldı. Məqsədyünlü olaraq Ermənistan dalan dövlətə çevrildi. Ölkə daxilində gənclər siyasətinə böyük önəm verildi. Bu gün Qarabağı düşməndən azad edən gənclik məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənpərvər gənclikdir.  Məscidlərdə inək, donuz saxlayaraq bütün müsəlman aləmini təhqir edən düşməndən qisas alan Ali Baş Komandan bütün müsəlman aləminin qürurunu bərpa etdi. Necə ki vaxtilə, Ümummili Lider Heydər Əliyevin vaxtında Qarabağı Ermənistana birləşdirməyə cürət etmədilər, müasir dövrdə də ata vəsiyyətini layiqincə icra edən cənab İlham Əliyev atasının qurub getdiyi siyasəti daha da genişləndirərək, gücləndirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, adını yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Hərbi Qənimətlər Parkı indiki və gələcək nəsillər üçün tarix dərsi, eyni zamanda qürur yeridir". 

Təhməz Əsədov


Etiketlər:  Bura ərzində işlənən hərbi strategiya taktikanın əyani sübutudur Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ