Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 16:26
Əgər ABŞ və onun müttəfiqləri Ukraynanın NATO-ya gələcəkdə üzv olmasını istəyirlərsə, onlar gərək birbaşa bunun haqqında danışsınlar və Ukraynaya kömək üçün praktiki addımlar atsınlar. Sözlər kifayət deyil.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ Ukrayna üçün yaxşı dostdur, lakin ABŞ Prezidenti Cozef Bayden Rusiya aqressiyasını dayandırmaq yolunda çox şey etməlidir.
O, NATO-ya üzvlüyün Ukraynanın təhlükəsizliyinə zəmanət anlamına gələcəyini bildirib.