Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin intiharlara təsir edir - Psixoloq

Karantin intiharlara təsir edir - Psixoloq

Tarix: 13 Aprel 2021 17:20

İntihar hallarının artmasının bir səbəbi də karantin ola bilər.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a psixoloq Vəfa Əkbər deyib.

O qeyd edib ki, intihar halları bütün yaçş kateqoriyaları üzrə artıb:

"Evdə ailə üzvlərinin gərginliyi, tez-tez dava-dalaşlar, şəxsi ədavət, maddi sıxıntı, anlayışsız münasibətlər və təbii ki, sosial faktor intiharın əsas səbələri kimi böyük rol oynayır. Karantinin sərtləşməsi, iş yerlərinin bağlanması, uşaqların məktəbə getməməsi evdəkiləri sıxıntıya salır. Bu hallar insan psixikasına təsir edən və intihara yönləndirən səbəblərdəndir".

Psixoloq, həmçinin bildirib ki, karantin dövründə insanların öz ruhi sağlamlıqlarını qoruması vacibdir:

"Karantin dövründə sosial çevrəni artırmaq, yeni bir məşğuliyyət tapmaq, aktiv idmanla məşğul olmaq insanı həm fiziki, həm də mənəvi baxımdan ayaqda saxlayır".


Etiketlər:  Karantin intiharlara təsir edir Psixoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ