Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada fərdi qorunma vasitəsi formasında hicab hazırlanır

Britaniyada fərdi qorunma vasitəsi formasında hicab hazırlanır

Tarix: 13 Aprel 2021 23:16

Hicablı səhiyyə işçilərinin sanitar vəzifələrini yerinə yetirməkdə kömək etmək üçün, Britaniyada bir tibb şirkəti həkimlərə, KOVID-19 pandemiyasına qarşı mübarizə aparmaqda kömək edən, inanc cəhətdən uyğun olan yeni baş örtüyü istehsal edir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, hicab formalı fərdi qorunma vasitələri yalnız bir dəfə istifadə üçündür, lakin təkrar istifadə edilə bilən materialla əvəz edilərək tamamilə təkrar istifadə edilə bilər.

Tibbi hicablar hazırda Qərbi Midlanddakı xəstəxanalara paylanmaqdadır və gələcəkdə milli səviyyədə paylanması planlaşdırılır. Qeyd edildiyi kimi, əslində bu baş örtüyü yalnız tibbi mühitdə deyil, tədqiqat laboratoriyaları və qida hazırlama sahələri kimi saçların örtülməsi lazım olan hər vəziyyətdə faydalıdır.

Bu, müsəlman tibb mütəxəssisləri üçün birdəfəlik hicab istehsal edən ilk şirkət deyil. Bu növ baş örtükləri müxtəlif dizaynerlər tərəfindən hazırlanaraq təqdim edilir.


Etiketlər:  Britaniyada fərdi qorunma vasitəsi formasında hicab hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ