Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO

Görmə məhdudiyyətli şəxslərin kitabxanası - VİDEO

Tarix: 14 Aprel 2021 10:22

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, bu gün ölkəmizdə fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Heç bir məhdudiyyət bizi oxumaqdan kənar qoya bilməz deyən bu insanların sayları kifayət qədər olsa da respublikada onların mütaliə edə biləcəyi yeganə kitabxana var. Burda Azərbaycan, rus və türk dillərində dünya və uşaq ədədbiyyatına aid 35 mindən çox kitab var. Həm brayl əlifbası, həm də audio formatda yazılan kitablar xüsusi şəraitdə qorunub saxlanılır. 

Dünyanı qəlbi ilə görənlər...

Onlar özlərini belə adlandırırlar. Bu gün ölkəmizdə 50 minədək görmə məhdudiyyətli insan var. Onlar bu məhdudiyyətlərinə baxmayaraq öz mütaliələrindən də qalmırlar. Respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxana Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən bu kitabxanadır. burada 19 işçidən 13-ü görmə məhdudiyyətlidir. Oxucuları isə 5 yaşdan 90 yaşadəkdir.

Görmə məhdudiyyətli insanlar üçün brayl əlifbası ilə çap olunan kitablar da var. Hətta Qurani Kərimin də brayl əlifbası ilə Azərbaycan dilinə mənaca tərcüməsi nəşr olunub. 

Kitabxanada kitabı sadəcə oxumaq yox, eyni zamanda dinləmək də mümkündür. 

Daha sonra bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndiriblər.

Bu kitablardan sadəcə görmə məhdudiyyətli insanlar yox digər uşaqlar da istifadə edirlər. Xüsusilə nağıllara audio kitablar vasitəsilə qulaq asırlar. 

Nazlı xanım qeyd edir ki, əvvəllər müraciətlər çox olsa da indi pandemiya ilə əlaqədar bura gələnlərin sayı azalıb. Amma kitabxana pandemiya dövründə də oxucuları üçün müəyyən şərait yaradır. 

Nigar xanım qeyd edib ki, kitabxananın əsas kontingenti Gözdən Əlillər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərə qatılır, müxtəlif proqramlarla çıxış edirlər.


Etiketlər:  Görmə məhdudiyyətli şəxslərin kitabxanası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ