Tarix: 29 Iyul 2019 18:08
"Qarabağ", "Qəbələ" və "Neftçi"nin avrokubok oyunları canlı yayımlanacaq.Qol.az xəbər verir ki, Ağdam klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya çempionu "Dundalk"la, "ağ-qaralar"ın isə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula "Arsenal"ı ilə cavab matçları "CBC Sport"un efirində olacaq.
"Qəbələ"nin Avoliqanın 2-ci raundunda Tbilisi "Dinamo"su ilə Gürcüstanda keçirəcəyi cavab görüşünə isə "CBC İnternational" telekanalı vasitəsilə canlı baxmaq mümkün olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Dundalk" oyunu iyulun 31-də keçiriləcək və 21:00-da başlayacaq. Avqustun 1-də olacaq "Neftçi" - "Arsenal" və "Dinamo" - "Qəbələ" oyunları da eyni saatda - Bakı vaxtı ilə 21:00-da start götürəcək.