Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 16:54
Türkiyə sərhəd mühafizəsi əməkdaşları yunan həmkarlarının üzərilərinə benzin tökərək yandırmağa çalışdıqları 41 miqrantı xilas edib. Onların arasında qadınlar və uşaqlar da var.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə DİN rəhbəri Süleyman Soylu "Twitter" səhifəsində paylaşım edib.
Nazir baş vermiş hadisəni "Avropanın gözü önündə soyqırım" adlandırıb. S.Soylu həmçinin hadisənin görüntülərini də paylaşaraq, köhnə qitə ölkələrinin Yunanıstanın bu əməllərinə səssiz qaldığı müddətcə, onun hərəkətlərinə şərik kimi yadda qalacağını bildirib.