Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın ikinci şəxsini kim və niyə öldürmək istəyirdi?

ABŞ-ın ikinci şəxsini kim və niyə öldürmək istəyirdi?

Tarix: 18 Aprel 2021 17:16

Təkcə Belarusda yox, prezident Aleksandr Lukaşenkonun bildirdiyi kimi, onu və uşaqlarını öldürmək planını hazırlayan ABŞ-da da dövlət rəhbərlərindən birini öldürmək istəyən şəxs tutulub.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Florida ştatında yerli sakin vitse-prezident Kamala Harrisi öldürmək istədiyinə görə Federal Təhqiqatlar Bürosu tərəfindən saxlanılıb.

Məlumata görə, 39 yaşlı tibb bacısı Nivian Peti Fleps həbsxanada olan ərinə bir neçə video göndərib və orada vitse-prezidenti "şüurlu şəkildə, bilərəkdən öldürməklə" hədələyib. Hətta o, sui-qəsdin tarixini də deyib. Qadın vitse-prezidenti son prezident seçkilərinin "saxtalaşdırılmasına" görə öldürmək istədiyini bildirib. Bundan əlavə, qaradərili tibb bacısı Kamala Harrisin də qaradərili olduğuna şübhə edirmiş.

Qadın ərinə əlisilahlı bir neçə fotosunu da göndərib. Həmin fotolarda o, hədəfi nişan alır. Bundan başqa Felps gizli silah daşımaq lisenziyası almaq üçün ərizə də verib. Hakim 3 uşaq anası Felpsi cəmiyyət üçün təhlükəli hesab edərək barəsində həbs qətimkan tədbiri seçib. Günahını etiraf edərsə onu 5 ilə qədər həbs gözləyir. Vəkili isə bildirir ki, video qadının əri ilə özəl söhbətinə aid idi və indiki halda real ölüm təhdidindən söhbət gedə bilməz.

Felpsin 20 ildir işlədiyi tibb mərkəzindən isə bildiriblər ki, bu hadisədən sonra onu işdən azad edəcəklər. Felpsin əri Cozef 1996-cı ildə törətdiyi silahlı soyğunda və ərzaq mağazasının sahibini öldürməkdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.

Vitse-prezident Kamala Harrisin anası yamaykalı, atası hindistanlıdır.


Etiketlər:  ABŞ ikinci şəxsini niyə öldürmək istəyirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ