Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2021 19:50
Rusiya Prezidenti mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Sibir sevgisi barədə danışıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Peskov bu barədə "Rossiya 1" kanalına verdiyi müsahibəsində söyləyib. O, qeyd edib ki, Rusiya Prezidenti digər tərəfdən, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Peskov Putinin Krımı da çox sevdiyini bildirib. Bütün bu bölgələrin içində isə Rusiya Prezidentinin Sibiri daha çox sevdiyini vurğulayıb.
Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib:
"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi".