Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2021 11:15
İlon Maska məxsus “SpaceX” şirkəti Aya astronavtlar göndərəcək. Şirkət ABŞ Kosmik Agentliyinin (NASA) müvafiq kontraktının qalibi olub. Bu barədə agentliyin saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, peyk səthinə insanları çatdırmaq hüququ əldə etmək uğrunda “SpaceX” ilə yanaşı, Ceff Bezosun “Blue Origin” şirkəti, eləcə də “Lockheed Martin”, “Northrop Grumman”, “Draper” və “Dynetics” şirkətləri mübarizə aparıb.
“Orion” gəmisinin noyabrda dörd astronavtı ayətrafı stansiyaya çatdıracağı gözlənilir. Bundan sonra onlardan ikisi İ.Maska məxsus “Starship” gəmisinin köməyi ilə Aya göndəriləcək. Peyk səthinə gəminin enişi üçün sistemin yaradılmasının dəyəri 3 milyard dollar təşkil edəcək.
ABŞ Kosmik Agentliyi 2020-ci ildə Ayın mənimsənilməsi və onun ərazisində faydalı qazıntıların çıxarılması üzrə beynəlxalq qaydaların təsvir olunduğu beynəlxalq “Artemis sazişi”ni (Artemis Accords) təqdim edib. Belə ki, məsələn, sazişdə göstərilən on yeni prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zonalar” anlayışı tətbiq edilir. Bundan əlavə, “NASA” əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də Aydakı kosmik aparatların qeydiyyatını təklif edir.
Nizam Nuriyev