Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist: "Aygün Kazımovanı İlhamə Quliyeva öyrətmişdi"

Əməkdar artist:

Tarix: 19 Aprel 2021 12:35

Əməkdar artist Elza Seyidcahan illər əvvəl Xalq artisti Aygün Kazımova ilə açılışlardan birində yaşanan qalmaqaldan bəhs edib.

Milli.Az axşam.az-a sitinadən xəbər verir ki, müğənni bu haqda "Dəyişən cavab" proqramında danışıb. O, illərdir dillərdən düşməyən "Mənə tortu Allah versin" sözünə aydınlıq gətirib:

"Onu İlhamə Quliyeva öyrətmişdi. Demişdi ki, Elzaya tort vermə. Diqqətçil, ayıq insanam. Arzu edirəm ki, mənə tort verməyən, övlad toyunda tort kəssin, hamıya paylasın. Şükür, balalarımın toyunda, nəvələrimin ad günündə tort kəsmişəm. Ona da bunu diləyirəm. Mənə haqsızlıq edənləri bağışlayıram, unuduram. Tapançanı başıma dirəsəydilər mən elə etməzdim. Sən nə qədər acizsən ki... Nədən qorxursan? O hərəkəti heç vaxt etməzdim. Cavab verdim ki, "Tortu mənə Allah versin". İndi məzəyə çeviriblər. Məzə deyildi, başa düşən üçün cavab idi. Allahdan arzu edirəm ki, mənə gətirilən o tortlardan mənə qarşı haqsız olan, sevməyən insanlara versin".

Milli.Az


Etiketlər:  Əməkdar artist Aygün Kazımovanı İlhamə Quliyeva öyrətmişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ