Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ter-Petrosyanla Paşinyan arasında didişmə başlandı

Ter-Petrosyanla Paşinyan arasında didişmə başlandı

Tarix: 19 Aprel 2021 13:42

Ermənistanın ilk və sabiq prezidenti Levon Ter-Petrosyan ölkənin indiki baş naziri Nikol Paşinyanın mənəvi müəllimi, lideri və hətta Paşinyanın hakimiyyətə gəlişində müstəsna rol oynamış şəxs sayılır.

Fəqət, hazırda Ter-Petrosyanla Paşinyan arasında çox ciddi ixtilaflar var.

Son günlərdəsə bu ixtilaflar əsl didişməyə çevrilib.

Levon Ter-Petrosyanın sədr olduğu Erməni Milli Konqresinin (EMK) funksioneri, sabiq prezidentin müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanı yalançılıqda suçlayıb.

Sonxeber.net bildirir ki, Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərkən demişdi ki, 2018-ci ilin iyul ayında baş tutmuş görüşdə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin nizamlanmasından bəhs edərkən "O torpaqları artıq qaytarmalısan" söyləmişdi.

"Təəssüflə deməliyəm ki, Ermənistan rəhbəri ləyaqətsiz yalançıdır, çünki belə açıqlama olmayıb. Nikol Paşinyan çox əminliklə danışır. Ağ yalandır, çünki Ter-Petrosyan o sözləri deməyib. Paşinyana səslənirəm: buyur, sübutun varsa, nümayiş etdir, dediklərini sübut et.

Ermənistanın baş nazirinin belə yalan danışmaq bacarığı ölkənin milli təhlükəsizliyi üçün əsl təhdiddir. Onun davranışı da baş nazir postuna həqarətdir", - L.Zurabyan söyləyib.


Etiketlər:  Petrosyanla Paşinyan arasında didişmə başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ