Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı alimlər COVID-19 əleyhinə yeni preparatı insanlar üzərində yoxlayır

Amerikalı alimlər COVID-19 əleyhinə yeni preparatı insanlar üzərində yoxlayır

Tarix: 19 Aprel 2021 20:40

ABŞ Milli Səhiyyə İnstitutunun və Plymouth Universitetinin alimləri qripin müalicəsi üçün yeni hazırlanan МК-4482 (molnupiravir) preparatının koronavirus infeksiyasına yoluxmadan 12 saat öncə və ya 12 saat sonra qəbul ediləcəyi təqdirdə effektiv olduğunu aşkarlayıblar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Plymouth Universitetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda preparat insanlar üzərində klinik sınaqlardan keçirilir. Alimlər dərmanın orqanizmdə virusun miqdarını və onun ağ ciyərlərə vurduğu zərəri azaltmağa kömək etdiyini deyirlər. Tədqiqatçıların fikrincə, preparat COVID-19 infeksiyasına yüksək yoluxma riski olan hallarda istifadə oluna, həmçinin yoluxmuş xəstələrin effektiv müalicəsini digər dərmanlarla birgə təmin edə bilər.

Tədqiqat işləri ABŞ-ın Montana ştatının Hamilton şəhərindəki Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunda (NIH) yerləşən "Rocky Mountain Laboratories" laboratoriyasında aparılır.


Etiketlər:  Amerikalı alimlər COVID əleyhinə yeni preparatı insanlar üzərində yoxlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ