Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə suvarma asanlaşıb - VİDEO

Şəkidə suvarma asanlaşıb - VİDEO

Tarix: 20 Aprel 2021 12:30

Cəyirli su anbarının yenidən istifadəyə verilməsi öz təsirini göstərdi

Milli.Az Real TV-ə istinadən bildirir ki, ən böyük taxılçılıq rayonu olan Şəkidə suvarma mövsümünə hazırlıq işləri artıq yekunlaşıb.

Bununla əlaqədar bu ilin ilk üç ayında xeyli istismar tədbirləri həyata keçirilib. Hər il Şəki rayonunda 38980 hektar torpaq sahələri suvarılır.

Ötən ilin sonunda 20 ildən artıq istifadə edilməyən Cəyirli su anbarının təmir edilərək yenidən istiafədəyə verilməsi rayon suvarmasına təkan olub.

2020-ci ildə 5500 hektar əkin sahələrinin su ilə təminatına xidmət edən Dəhnə beton kanalının 1900 paqonometr hissəsində əsaslı təmir işləri aparılıb. 2021-ci ildə də daha 2500 paqonometr hissədə beton üzlüyün çəkilməsinə hazırlıq işləri başlanıb.

Yeni suvarma kanallarının çəkilməsi, torpaq kanalların lildən təmizlənməsi suvarma suyunun sahələrə asanlıqla çatmasına və itkinin azalmasına səbəb olur. Bu da təsərrüfatla məşğul olan fermerlərin işini asanlaşdırır.

Qeyd edək ki, kanalların beton üzlüyə alınması respublika üzrə davam etdirilir. Həmçinin istismar müddətini başa vurmuş qurğular yenisi ilə əvəzlənir.

Milli.Az


Etiketlər:  Şəkidə suvarma asanlaşıb VİDEO


RƏYLƏR