Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 03:24
Bakı. Trend:
İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.
H.Xanzadinin sözlərinə görə, sənəd onun Rusiyaya səfəri zamanı imzalanıb: "Bu, bu cür qarşılıqlı anlaşma haqqında ilk memorandumdur və Tehranın və Moskvanın müdafiə sahəsində münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər".
Xatırladaq ki, daha əvvəl H.Xanzadi "IRNA" agentliyinə müsahibəsi zamanı bildirmişdi ki, Rusiya və İran yaxın zamanda Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin